Bakı, 3 fevral, AZƏRTAC
“Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Qərb təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, komanda Sadiq Şəfiyev ilə müqavilə bağlayıb. Oyunçu "Turan Tovuz"dan mövsümün sonuna kimi icarəyə götürülüb. 19 yaşlı hücumçu Gəncə futbol məktəbinin yetirməsidir. O, 2020-2021-ci illərdə əsas komandanın heyətində çıxış edib.
Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə Azərbaycan yığmalarının da şərəfini qoruyub.