AZ

Ukrayna Belqorodun bu şəhərinə zərbələr endirdi

Ukrayna Silahlı Qüvvələri (AFU) Belqorod vilayətinin Şebekino şəhərinə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov "Telegram"da danışıb.

Rayon rəhbəri bildirib ki, ilkin məlumatlara görə, xəsarət alan olmayıb. Pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbə nəticəsində yaşayış binasının dam örtüyü yanıb. Hazırda yanğının söndürülməsi işi davam edir.

“Zərbə nəticəsində pəncərələr sınıb, fərdi evin hasarına və minik avtomobilinə ziyan dəyib”, - deyə Vyaçeslav Qladkov qeyd edib.

Belqorod vilayətinin qubernatoru əlavə edib ki, təcili yardım xidmətləri hadisə yerindədir.

Seçilən
11
publika.az

1Mənbələr