ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırması Kiyevin məğlubiyyətini illərlə deyil, həftələr məsələsi edəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə amerikalı iqtisadçı, Nyu-Yorkdakı Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks Berliner Zeitung qəzetinə müsahibəsində bildirib.
“Bu, Avropa üçün faciə olardı, lakin on ildən sonra baş verə bilər. Eyni zamanda, Rusiyanın Ukraynanı məğlub etməsi on il çəkməyəcək. Yəqin ki, on həftə və ya on ay çəkəcək”, - deyə tədqiqatçı bildirib.
Saks həmçinin qeyd edib ki, Avropa ölkələrinin Rusiya ilə dialoqdan və mümkün sülh danışıqlarından tamamilə imtina etmək qərarı yalnız Qərb ölkələrinin vəziyyəti və geosiyasi mövqeyini pisləşdirir.
Lalə
XəzərNews.az
Xəbər 1 dəfə oxunub.