Bakı,TurkicWorld
İstanbul Hava Limanı yanvar ayında gündəlik orta hesabla 1427 uçuşla Avropanın ən işlək hava limanı olaraq qeydə alınıb.
TurkicWorld xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) yanvarın 1-dən fevralın 1-dək “Avropa Aviasiya Hesabatı”nın məlumatlarını dərc edib.
Məlumata görə, İstanbul Hava Limanı bu dövr ərzində gündə orta hesabla 1427 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.
Siyahıda İstanbul hava limanını gündəlik 1296 reyslə London Hitrou, 1221 uçuşla Amsterdam Şiphol, 1181 reyslə Paris-Şarlz De Qoll və 1127 reyslə Madrid hava limanları izləyib.