AZ

Bu gün "böyük beşlik"də qış transfer pəncərəsi bağlanacaq

Bu gün "böyük beşlik" ölkələrində qış transfer pəncərəsi bağlanacaq.

Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası, İtaliya A Seriyası, İspaniya La Liqası və Liqa 1 klublarının oyunçu satmaq, icarəyə vermək, almaq, icarəyə götürmək üçün 1 günləri qalıb.

Qış transfer pəncərəsi yanvarın 1-də açılıb.

Xatırladaq ki, bu qış bir neçə səs-küylü transfer reallaşıb. Məsələn, gürcü vinger Xvişa Kvaratsxeliya "Napoli"dən PSJ-yə, hücumçu Con Duran "Aston Villa"dan "Əl-Nəsr"ə, müdafiəçi Abdukodir Xusanov "Lans"dan "Mançester Siti"yə keçib.

Nihat

Seçilən
29
fanat.az

1Mənbələr