AZ

Ukraynalı qırıcı pilotun ölüm xəbəri yayılıb

Qırıcı pilot, Hərbi Hava Qüvvələrinin 24 yaşlı kapitanı İvan Bolotov Ukraynada döyüş zamanı həlak olub.

NOCOMMENT.az xəbər verir ki, Strana.ua bu barədə özünün Telegram kanalında məlumat yayıb.

Pilotun ölümü barədə 831-ci taktiki Aviasiya briqadası məlumat verib.

Pilotun öldüyü döyüşün vaxtı, yeri və şəraiti barədə məlumat verilmir. Onun 2022-ci ildən döyüşdüyü bildirilir.

Bazar ertəsi, fevralın 3-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Aerokosmik Qüvvələrinə məxsus qırıcı təyyarə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini vurub. Təfərrüatlar verilməyib.

 

Seçilən
15
nocomment.az

1Mənbələr