ABŞ Prezidenti Donald Trampın Panama ilə bağlı açıqlamaları və Dövlət katibi Marko Rubionun Panamaya səfərindən sonra bu ölkənin Prezidenti Raul Mulino bildirib ki, Çinin “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində əməkdaşlıq memorandumunu yeniləməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Prezident DÖvlət katibi Mulino Rubio ilə danışıqlarını “pozitiv” adlandırıb. Həmçinin o deyib ki, Panama Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə bağlı 2017-ci il müqaviləsinin müddəti bitəndən sonra onu yeniləməyəcək.
Nəşrin yazdığına görə, Mulinonun Panama kanalının suverenliyi ilə bağlı hər hansı danışıqları rədd etməsinə baxmayaraq kanalın idarə edilməsi əməliyyatlarının Honq-Konq şirkətindən (“Hutchison Ports”) alınacağı ilə bağlı güzəştə gedə bilər.
Şirkət bu müqavilə ilə kanalı 25 il müddətinə idarə etmək hüququ əldə etmişdi.