AZ

Lirə yenə düşdü

Ticarət məlumatlarına görə, statistik məlumatların dərcindən sonra və dünya bazarlarında Amerika valyutasının möhkəmlənməsi fonunda dolların türk lirəsi qarşısında məzənnəsi bazar ertəsi günortadan sonra ilk dəfə olaraq 36,0015 lirəyə çatıb.


Daha sonra dolların türk lirəsinə qarşı məzənnəsi əvvəlki bağlanışdan 0,83% artaraq 35,6977 lirədən 35,9931 lirəyə yüksəlib.

Dollar ötən ilin iyunundan yanvar ayına qədər hər ay lirə qarşısında bahalaşıb. Fevralın ilk ticarət günündə dolların lirə məzənnəsi də bahalaşıb.

Bazar ertəsi günü Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyənin illik inflyasiya səviyyəsinin yanvar ayında 41,25 faiz proqnozundan yüksək olaraq 42,12 faiz təşkil etdiyini açıqlamışdı.

Eyni zamanda ABŞ-ın ticarət siyasəti ilə bağlı narahatlıqlar fonunda dollar dünya valyutaları qarşısında bahalaşır. Prezident Donald Tramp həftə sonu Kanada, Meksika və Çindən gələn mallara rüsumların tətbiqi ilə bağlı fərman imzalayıb. Trampın sərəncamlarında hər hansı bir ölkə cavab tədbirləri tətbiq edəcəyi təqdirdə daha yüksək tariflər nəzərdə tutulur.

 

Nigar

Seçilən
10
oxu24.com

1Mənbələr