Sərxan Hacıyev AFFA-da baş katib postundan istefa verib.
“FutbolPress“in məlumatına görə, o, bundan sonra yalnız icraçı vitse-prezident vəzifəsini icra edəcək. Bu barədə İcraiyyə Komitəsinin bu gün baş tutan iclasından sonra qərar verilib.
Hacıyev Elxan Məmmədovun baş katib postundan ayrılmasından sonra bu postu tutmuşdu. Ötən ilin aprelində keçirilən Hesabat-seçki Konfransında Sərxan bəyə həm baş katib, həm də icraçı vitse-prezident vəzifələri həvalə edilmişdi.