Bakı,TurkicWorld
İsrail BMT-yə bağlı Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) bölgədəki fəaliyyətini qadağan edib.
TurkicWorld xəbər verir ki, bu qərar Qəzza və İordan çayının qərb sahilində yaşayan təxminən 2,5 milyon fələstinli qaçqının həyatı üçün ciddi təhlükə yaradır.
Avropa İttifaqı (Aİ) yazılı açıqlama verərək İsrailin UNRWA-nın fəaliyyətini dayandırmasına sərt etiraz edib. Açıqlamada, 1967-ci il müqaviləsinin ləğv edilməsinin və UNRWA-nın mandatını icra etməsinə mane olmağın qəbuledilməz olduğu bildirilib.
Aİ xüsusilə atəşkəs razılaşmasının həyata keçirilməsinə ehtiyac duyulduğu bir vaxtda fələstinli qaçqınlara əsas xidmətlərin göstərilməsinin vacibliyini vurğulayıb.ri
Xatıırladaq ki, İsrail hökumətinin UNRWA-nın İsrail və işğal altındakı Şərqi Qüdsdəki fəaliyyətini dayandırmaq qərarı fevralın 1-də qüvvəyə minib. İsrailin verdiyi müddət bitdikdən sonra UNRWA əməkdaşları Şərqi Qüdsü tərk ediblər.
2024-cü ilin oktyabrında İsrail Parlamenti UNRWA-nın İsrail və işğal olunmuş Şərqi Qüdsdəki əməliyyatlarına son qoyacaq qanun layihəsini qəbul edib.
Beynəlxalq qurumlar və humanitar təşkilatlar UNRWA-nın fəaliyyətinin dayandırılmasının fələstinli qaçqınlara böyük zərbə vuracağı barədə xəbərdarlıq edirlər. Təxminən 2,5 milyon fələstinlinin həyat şərtlərinin daha da pisləşəcəyi gözlənilir.