Fransa müdafiə büdcəsini ikiqat artıracaq – Makron
Fransa müdafiə və ordu büdcəsini ikiqat artıracaq.
APA xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında bildirib.
Makron bildirib ki, Fransa müdafiə xərcləri ilə bağlı 2 yeni qanun layihəsi qəbul edəcək, bu addım Parisin hərbi xərclərini 120 milyard avroya çatdıracaq/
Həmçinin, gücləndirilmə işlərinin aparılması üçün daha çox Avropa fondundan da yardıma ehtiyacı olduğunu vurğulayıb.
Həm publik, həm də özəl fondların, o cümlədən Avropa ölkələrinin bu miqyasda birgə hərəkət etməsinin vacibliyindən danışan Fransa prezidenti ancaq bu yolla layihənin icrasına nail ola biləcəklərini bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta