Dünya şöhrətli aktyor Kevin Kostnerin ötən il boşandığı Kristin Baumqartner 70 yaşlı aktyorun köhnə dostu və qonşusu Coş Konorla nişanlanıb.
“Cebheinfo.az” xəbər verir ki, Kostner bu xəbəri övladlarından alıb və bundan məyus olub.
Belə ki, 70 yaşlı əfsanəvi aktyor və onun 50 yaşlı keçmiş həyat yoldaşı ötən il fikir ayrılıqları səbəbindən yollarını ayırıblar. Onlar 20 ilə yaxın evli olublar.
Boşandıqdan sonra Kevin Kostnerin keçmiş həyat yoldaşının ovaxtkı dostu Coş Konnorla münasibətinə şübhələri məlum olub. Hətta iddialara görə, bunu məhkəmədə də bunu dilə gətirib, lakin Baumqartner iddianı rədd edib.
Bildirilib ki, Coş Konnor sahildə Baumqartnerə romantik evlilik təklifi edib.
Yeni nişanlanan cütlüyün dostları bu xəbərə təəccüblənməsələr də, Kostner övladlarından öyrəndiyi xəbərdən çaşıb.
Deyilənə görə, Kevin övladlarından bu xəbəri eşidındə özünü yumruq yemiş kimi hiss edib. O, bunu birbaşa Kristindan eşitməyə üstünlük verəcəyini söyləyib. "Amma hər halda, baş verənləri xəyanət adlandırmaq olar",- deyib.