AZ

Dörd ölkə Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisə yaratdı...

Image

Rumıniyanın paytaxtı Buxarest şəhərində Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın ötürücü sistem operatorlarının iştirakı ilə Qara Dəniz Enerji sualtı kabeli layihəsinin idarə edilməsini həyata keçirəcək “Green Energy Corridor Power Company”nin (“GECO Power Company”) qurulması prosesi uğurla tamamlanıb.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına əsasən, birgə müəssisə bu mərhələdə yaşıl enerji dəhlizinin tədqiqat və layihələndirmə işləri ilə məşğul olacaq. Müəssisənin yaradılmasında məqsəd yaşıl enerji dəhlizi layihəsini həyata keçirməkdir, yəni Qara dənizdə sualtı yüksək gərginlikli ötürmə kabelinin çəkilməsini nəzərdə tutur.

Strategiya tərəfdaşlığı ilə bağlı razılaşma və “Yaşıl enerji sahəsində əməkdaşlıq haqqında” memoranduma əsasən, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında 2023-cü ilin 25 iyulunda birgə müəssisənin yaradılması haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Qeyd edilir ki, strateji tərəfdaşlıq haqqında saziş və “Yaşıl enerji sahəsində əməkdaşlıq haqqında” memorandumla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında 2023-cü ilin 25 iyulunda birgə müəssisənin yaradılması haqqında anlaşma memorandumu imzalanıb.

“Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanın, daha geniş kontekstdə isə Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın elektrik enerjisi sistemlərini birbaşa birləşdirəcək nəhəng infrastruktur layihəsidir. Sualtı elektrik kabelinin uzunluğu 1155 km-dən çox (1115 km sualtı və 40 km quruda), gərginlik 525 kV, gücü isə 1300 MVt olacaq. Layihəyə həmçinin sualtı elektrik kabeli üçün seçilmiş dəhlizdə quraşdırılacaq fiber-optik telekommunikasiya kabelinin çəkilməsi də daxildir. Sualtı elektrik kabelinin tikintisinin təxmini başa çatma tarixi 2030-cu il olaraq müəyyən edilib” – deyə nazirliyin məlumatında bildirilir.

TAHİR





Seçilən
9
baki-xeber.com

1Mənbələr