"Brayton" "Nürnberq" və Yunanıstanın gənclərdən ibarət komandasının hücumçusu Stefanos Tsiması transfer edib.
Publika.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
19 yaşlı forvard İngiltərə klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalasa da, mövsümün qalan hissəsini icarə əsasında "Nürnberq"də keçirəcək. İnsayder Fabritsio Romanonun sözlərinə görə, Tsimasın transferi "Brayton"a 22 milyon funt-sterlinqə başa gəlib.
Yunanıstanlı futbolçu ilə "Liverpul" da maraqlanırdı.
Qeyd edək ki, bu mövsüm Tsimas ikinci Bundesliqada 17 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.