Bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa İttifaqı liderlərinin toplantısına qatılmaq üçün Brüsselə gedir.
“İki sahil” “BBC”yə istinadla xəbər verir ki, bu, “Brexit”dən sonra ilk dəfə bir Britaniya Baş nazirinin Avropa İttifaqı sammitində iştirak etməsi olacaq.
K.Starmerin səfəri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa həsr olunub. O, həmçinin NATO-nun Baş katibi Mark Rutte ilə görüş keçirəcək.
Bu addım Baş nazirin Böyük Britaniya ilə Avropa İttifaqı arasında münasibətləri yenidən qurmaq təşəbbüsünün bir hissəsidir.