AZ

Mayalı məhsulların zərərləri: Nələrə diqqət etməliyik?

Gündəlik qidalanmamızın ayrılmaz hissəsi olan çörək, xəmir məmulatları və bəzi içkilər mayadan hazırlanır. Mayalı (drojlu) məhsullar insan orqanizminə təsir göstərən mikroorqanizmləri ehtiva edir. Bəs drojlu məhsulların sağlamlığa mənfi təsirləri nələrdir?  

Yenisabah.az mayalı qidaların zərərlərini təqdim edir:

Mayadan istifadə edilən məhsullar

  Droj əsasən, aşağıdakı məhsullarda istifadə olunur:  

Çörək və bulka məmulatları – Günlük çörək, lavaş, piroq və digər un məmulatlarında istifadə olunur.  

Xəmirdən hazırlanan şirniyyatlar – Tortlar, pirojnalar və bəzi peçenyelərdə maya olur.  

Spirtli içkilər – Pivə və şərab kimi içkilərin fermentasiya prosesində maya əsas rol oynayır.  

Süd məhsulları – Kefir və bəzi yoqurt növlərində fermentasiya üçün drojdan istifadə olunur.  

Drojlu məhsulların zərərləri

Həzm sisteminə təsiri

Drojlu məhsullar bağırsaqlarda qaz və şişkinlik yarada bilər. Xüsusilə həssas bağırsaq sindromu olan insanlarda narahatlıq hissi artır.  

Göbələk infeksiyalarını artıra bilər

Maya göbələklərinin çoxalması bədənin immun sistemini zəiflədə bilər. “Kandida” kimi göbələk infeksiyalarının yaranma riskini artırır.  

İmmunitet sisteminə təsiri 

Mütəmadi olaraq drojlu məhsullar istehlak etmək bağırsaq mikroflorasına mənfi təsir göstərə bilər. Bağırsaq sağlamlığı isə ümumi immunitetə birbaşa təsir edir.  

Ağır metalları toplaya bilər

  Bəzi elmi araşdırmalara görə, droj bədənin ağır metalları toplamasına kömək edə bilər ki, bu da uzunmüddətli istifadədə toksik təsir yarada bilər.  

Qandakı şəkər səviyyəsinə təsiri

  Drojlu məhsullar yüksək qlisemik indeksə malik olduğu üçün qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər. Bu diabet və insulin müqaviməti olan insanlar üçün risk yaradır.  

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
8
yenisabah.az

1Mənbələr