AZ

Rusiya Avropanı yeni silahı ilə qorxutdu: Sizi toza çevirəcək

“İskəndər-1000” raketi artırılmış məsafəyə, heyrətamiz dəqiqliyə malikdir. O, hədəfə yaxınlaşanda tez manevr edə bilir ki, bu da onu vurmağı qeyri-mümkün edir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Rusiyanın “İsgəndər-1000” sistemi Avropada təhlükəsizliyi tamamilə dəyişməyə qadirdir. Görünür Rusiya Ukraynadakı münaqişədə dəyərli dərslər alıb və hərbi əməliyyatların yeni dövrünə hazırlaşır.

Üstəlik, hətta NATO-nun baş katibi də Rusiyanın qüdrətini tanıdığını bildirib və qeyd edib ki, Kreml üç ayda NATO-nun bütün hərbi-sənaye bazasının bir il ərzində istehsal etdiyi silahlardan daha çox silah istehsal edir.

Qeyd edək ki, Rusiyanın “İsgəndər-1000” raketi sələfi “İskəndər-M” ilə müqayisədə artan məsafəyə və təkmilləşdirilmiş dəqiqliyə malikdir. O, daha güclü şarja, yeni mühərrikə və təkmilləşdirilmiş uçuş idarəetmə və bələdçi sistemlərinə sahibdir.

Seçilən
3
publika.az

1Mənbələr