1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı şəhəri, Binəqədi rayonu, 10 saylı şəhər poliknikasında travmatoloq olmaması sakinlərin şikayətinə səbəb olub.
Oxu.Az xəbər verir ki, sakinlər poliknikaya yaxınlaşıb tibbi kitabçalarını götürdükdən sonra 25 saylı şəhər poliknikasına getmək məcburiyyətində qalırlar.
"10 saylı şəhər poliknikasında travmatoloq yoxdur. Xəstə məcbur qalır ki, buradan tibbi kitabçasını götürüb 25 saylı şəhər poliknikasına getsin. O, orada ucsuz-bucaqsız qeydiyyat növbəsindən sonra saatlarla həkimin qəbuluna düşmək üçün gözləməlidir. Hələ kitabçanı götürüb geri qaytarmaq da lazımdır. Vəziyyəti ağır olan xəstələr üçün isə yaxınları əziyyət çəkməli olurlar. Eyni prosesi icra edərək 35 manat ödəyib həkimi evə çağırmalıdır. Verilən bülletenin müddəti 3 gün olduğu üçün əmək qabiliyyətin bərpa olunana qədər eyni proses mütəmmadi olaraq təkrarlanır", - sakin qeyd edib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.
Aygün Mirakif