Kanadalılar Trampın tariflərindən sonra ABŞ-nin məhsullarını baykot edir.
Kanadalılar ABŞ prezidenti Donald Trampın Kanada mallarının əksəriyyətinə 25% rüsum tətbiq etməsindən sonra sərhədin cənubuna səfərlərini ləğv ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Qeyd olunub ki, kanadalılar ABŞ-nin spirtli içkilərini və digər məhsullarını boykot etməyə başlayıblar.