AZ

Çin ABŞ ilə ticarət danışıqlarına başlamaq istəyir


Çin ABŞ Prezidenti Donald Trampın ilk administrasiyası ilə 2020-ci ildə əldə olunan razılaşmalar əsasında ABŞ ilə ticarət danışıqlarına başlamaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Çin ticarət müharibəsinin qarşısını almaq üçün Trampla ilk prezidentlik dövründə bağlanan və ABŞ-dən idxalı 200 milyard dollar artırmaq öhdəliklərini özündə əks etdirən “birinci mərhələ” sazişlərinə qayıtmaq istəyir.
Digər tərəfdən, Pekin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində danışıqlar aparmağa, o cümlədən Amerika iqtisadiyyatına, xüsusən də elektromobillər üçün akkumulyatorların istehsalına sərmayələri artırmağa çalışacaq, həmçinin yuanın məzənnəsinin süni şəkildə aşağı salınmasından imtina edəcək.
Qeyd edək ki, bundan əvvəl Çin Ticarət Nazirliyi Çinin ABŞ-nin Çin məhsullarına rüsum tətbiq etməsi ilə bağlı ÜTT-də iddia qaldıracağını açıqlamışdı.
Seçilən
13
1
yeniavaz.com

2Mənbələr