Bakı. Trend:
Fevralın 3-də Günəşdə 7 güclü partlayış baş verib.
Trend xəbər verirki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumatyayıb.
Məlumata görə, partlayışlardan ən güclüsü Bakı vaxtı ilə 08:00radələrinə təsadüf edib. İnstitutun məlumatında qeyd edilir ki,partlayış 12 dəqiqə ərzində davam edib.
Hal-hazırda günəşin partlayış aktivliyi indeksi 10 ballıq şkalailə 8.7 həddindədir. Qarşıdakı iki gün ərzində isə ən yüksəksəviyyəli – X sinfindən olan partlayışların baş verəcəyi gözlənilir.