ABŞ-ın yeni müdafiə naziri Pit Heqset ABŞ ordusunun fəaliyyətini qiymətləndirmək üçün Meksika sərhədinə səfər edib.
Oxu24.com xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Hərbçilərimizlə görüşmək və sərhəd təhlükəsizliyi əməliyyatlarını nəzərdən keçirmək üçün cənub sərhədinə doğru gedirik", deyə o bildirib.
Bundan əvvəl Pentaqonun rəhbəri Donald Trampın cənub sərhədinə 100% əməliyyat nəzarəti əldə etmək istədiyini bəyan edib.
Yanvarın sonunda Donald Tramp administrasiyasının miqrantlara qarşı elan etdiyi genişmiqyaslı reydlər Nyu-Yorkda başlayıb. Federallər yerli hakimiyyət orqanları ilə mərkəz arasında qarşılıqlı əlaqənin məhdud olduğu ərazilərdə miqrantları saxlayır. Qeyd olunur ki, təhlükəsizlik qüvvələri cinayətkarları axtarır, lakin onlar qeyri-qanuni mühacirləri də yaxalaya bilirlər.
Yanvarın 27-də ABŞ-ın yeni müdafiə naziri Pete Hegseth bildirib ki, Pentaqon əlavə qoşunlar da daxil olmaqla, ABŞ və Meksika arasındakı sərhədə nəzarət etmək üçün bütün lazımi resursları təmin edəcək. Tramp qeyd edib ki, o, sərhəddə divarın tikintisini başa çatdırmaq istəyir.
Tramp daha əvvəl həbs olunan qeyri-qanuni mühacirlərin sayının artırılması barədə göstəriş vermişdi.
Nigar