AZ

MSK-ya bələdiyyə seçkilərindən sonra 20 müraciət daxil olub

Bakı. Trend:

Bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasına (MSK)daxil olan müraciətlərin sayı 20 olub.

Trend xəbər verir ki, bunuMərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bugün keçirilən iclasında deyib.

O qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçkikomissiyalarına 10 müraciət daxil olub:

"14 müraciət müvafiq dairə seçki komissiyalarında araşdırılır.Bugünkü iclasda isə iki müraciət araşdırılması üçün müvafiq dairəseçki komissiyalarına göndərilib.

Hazırda əsas məsələ sosial şəbəkələrdə yayılan məlumatlaradiqqət edilməsidir".

MSK sədri bildirib ki, kimliyindən asılı olmayaraq, özünə bəraətqazandırmağa çalışan istənilən komissiya üzvü cəzalandırılmalıdır:"Bütün tərəflərin hüquqlarının qorunmasının tərəfdarıyıq".

Daha sonra MSK katibi Arifə Muxtarova, MSK üzvləri Ramizİbrahimov, Tofiq Həsənov, İlkin Şahbazov və Baxşeyiş Əsgərovuntəqdimatlarına əsasən, müraciətlər 81 saylı İmişli (2 müraciət), 69saylı Biləsuvar, 119 saylı Ağdam kənd, 95 saylıZərdab-Kürdəmir-Ucar seçki dairəsi, 82 saylı İmişli-Saatlı, 23saylı Nəsimi-Səbail seçki dairələri üzrə daxil olub.

119 və 95 saylı seçki dairələri üzrə müraciətlər təsdiqinitapmadığından təmin edilməyib.

69 və 82 saylı seçki dairələri üzrə müraciətlər isəaraşdırılması üçün dairə seçki komissiyalarına göndərilib.

MSK-nın qərarına əsasən, 81 saylı İmişli seçki dairəsi üzrə beş,23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə isə bir seçkiməntəqəsinin nəticələri ləğv edilib.

Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyəseçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumataəsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndanistifadə edib, seçici fəallığı 31,45 % olub.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Seçilən
24
9
az.trend.az

10Mənbələr