AZ

Volkan Demirel “Bodrum”da 3 ay duruş gətirə bildi

Türkiyənin “Bodrumspor” komandasının baş məşqçisi Volkan Demirel Super Liqa klubundakı vəzifəsindən istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq qapıçısı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın uğursuz nəticələri səbəb olub. Son oyunlarda qələbəyə həsrət olan Bodrum təmsilçisi uğursuz gedişata son qoymaq üçün məhz Volkan Demireli istefaya göndərməyə üstünlük verib.

Xatırladaq ki, Volkan Demirel 2024-cü ilin noyabr ayında “Bodrumspor”un baş məşqçisi təyin edilmişdi. Həmin vaxt 43 yaşlı mütəxəssis Bodrum təmsilçisi ilə 3 illik müqavilə imzalamışdı. Super Liqa təmsilçisi bu müddətdə Volkanın rəhbərliyi altında 13 oyun keçirib. Bu görüşlərdə cəmi 2 qələbə qazanmış komanda 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. 17 qol vurmuş Bodrum təmsilçisi 21 top buraxıb.

“Bodrumspor” bu mövsüm Super Liqada keçirdiyi 21 oyunda 4 qələbə qazanıb, 4 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb. Komanda 16 xalla 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Volkan Demirel daha öncə Türkiyənin “Hatayspor” və “Fatih Karagümrük” komandalarında da baş məşqçi olub.

Seçilən
39
arena.az

1Mənbələr