AZ

Cənnət xurmasının qabığını atırsınız? - Ən vitaminli hissəsidir

Cənnət xurmasının qabığını atırsınız? -

Xurma vitamin, lif və antioksidantlarla zəngin, qidalandırıcı bir meyvədir. Onun qabığı xüsusilə flavonoidlər, karotenoidlər və polifenollar baxımından çox dəyərlidir. Bu birləşmələr orqanizmdə oksidləşdirici stressi azaldır və iltihabla mübarizə aparır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qabıq həmçinin pis xolesterolu aşağı salmağa və qan dövranını yaxşılaşdırmağa kömək edir. Lif baxımından zəngin olması həzmi dəstəkləyir və toxluq hissini artırır. Xurmanın içi C vitamini və kaliumla zəngindir, immuniteti gücləndirir və əzələ funksiyasını dəstəkləyir.

Toxumları sərt olduğu üçün həzm edilmir, lakin bəzi yerlərdə dərman məqsədilə istifadə olunur. Yarpaqları isə qurudularaq həzm və immunitet üçün faydalı bitki çayı hazırlanır.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
12
e-saglam.az

1Mənbələr