ABŞ prezidenti Donald Trampın ölkəsinin Avropa İttifaqına (Aİ) əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlamasından sonra Avropanın ən böyük avtomobil istehsalçılarının səhmləri ucuzlaşıb.
ABŞ prezidenti Trampın Kanada, Meksika və Çindən gələn mallara geniş rüsumlar tətbiq etməsi Avropa avtomobil istehsalçılarının səhmlərinə təsir edib. Europe Stoxx 600 avtomobilləri və hissələri indeksi 4,1 faiz azalaraq son iki həftənin ən aşağı səviyyəsinə düşüb.
Avropa istehsalçıları Volkswagen, Volvo Cars, Daimler Truck, Porsche və BMW-nin səhmləri 5 faizdən çox, Fransanın avtomobil hissələri tədarükçüsü Valeo-nun səhmləri isə təxminən 8 faiz ucuzlaşıb.
Bundan əlavə, Almaniyada Dax 40 indeksinin ticarət müharibəsi qorxusu səbəbiylə son günlərdə yeni rekord axtarışlarını bitirməsi diqqət çəkib. İndeks səhər saatlarında təxminən yüzdə 2 itirdi.
Tramp Kanada, Meksika və Çindən idxal olunan məhsullara rüsumların tətbiqi ilə bağlı seçkiqabağı vədlərini yerinə yetirdi.
ABŞ prezidenti Trampın imzaladığı sərəncamla Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumu tətbiq edilib.