AZ

“Kişi kimi deyin, başqalarının kölgəsinə ehtiyac duymayın” – İki deputatın QALMAQALI

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun İmişlidə məktəblilərin öldüyü qəza ilə bağlı çıxışına bu rayondan seçilən deputatlardan Razi Nurullayev sərt reaksiya verib.

Heftelik.az-ın məlumatına görə, Razi Nurullayev “Facebook” səhifəsində yazıb ki, hər bir məsələ ilə bağlı öz baxış bucağı var: “Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik. Amma, Siyavuş Novruzovun bu günkü çıxışında “İmişli deputatları ilə söhbət etmişəm, onları mənə deyib” fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın.  Siyavuş müəllim, bu cür yanlışlıq etməklə, özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm. Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum”.

Qeyd edək ki, Siyavuş Novruzov bu gün parlamentdə çıxışında bildirib ki, İmişlinin hər iki deputatı ilə söhbət edib: “İcra başçısı rayon mərkəzindən üç kilometr aralıdadır, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı? Bir dənə prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı. Bu, xalqdır, insanları başa salmaq lazımdır. Səni orda öldürəcəkdilər? Əksinə, qabaqlarına polis düzdülər. Bu, insanlarda qıcıq yaratdı. Bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir, sevir. Bizim hamımızın canımız Prezidentə fədadır. Amma çıx camaatın qarşısına camaatı başa sal. Niyə camaatdan kənar qaçırsınız? Dövlət əmlakına ziyan vurduğuna, əsəblərini idarə edə bilmədiklərinə görə 18 nəfər həbs edildi. Mən xahiş edirəm ki, onları bağışlasınlar, cavan uşaqlardır. Amma belə hərəkətlərdə rayon hüquq-mühafizə orqanları insanların qabağında olmalıdır. Əgər onun üzü yoxdursa camaatın qabağına çıxmağa, onda gedib ərizəsini yazıb, evinə getsin”.

Seçilən
32
2
heftelik.az

2Mənbələr