Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
"AŞPA-da bu qurumlardan biridir. Eyni zamanda Avropada qeyri-hökumət qurumları var ki, onlar da Qərb siyasi dairələrinin maraqlarına cavab verməyə dövlətlərə təzyiq göstərirlər. Xüsusilə Fransa AŞPA-nı özünün oyuncağına çevirib. Fransa ilə yanaşı bəzi Avropa ölkələri də Azərbaycana və digər dövlətlərə qarşı təzyia mexanizmi istifadə etməyə çalışırlar. Bu tip qurumların heç zaman nüfuzu və qüdrəti olmayıb. Qərb mətbuatının apardığı PR sayəsində bu təşkilatlar ön plana çəkilib, təbliğ ediliblər. Real həyatda isə AŞPA-nın ona üzv olan dövlətlərə heç bur faydası olmayıb. Əksinə AŞPA üzv olan ölkələrin müstəqil inkişaf perspektivlərinə maneə olur. AŞPA və digərləri Qərbin qondarma qurumlarıdır".
Əfsanə Kamal
Demokrat.az