"Mançester Siti" yeni transfer reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" "Portu"dan Niko Qonzalezi heyətinə cəlb edib. "Siti" yarımmüdafiəçi üçün Portuqaliya klubuna 60 milyon avro ödəyəcək. 

Futbolçu tibbi müayinədən keçəndən sonra rəsmi müqavilə imzalanacaq.