AZ

Meksika millisinin üzvü “Milan”da - rəsmi

İtaliyanın "Milan" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi "Feyenoord"da çıxış edən Santiaqo Ximenezi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya təmsilçisi oyunçu üçün "Feyenoord"a 30+5 milyon avro ödəniş edib.

"Milan" futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, "Feyenoord" Santiaqo Ximenezi 2022-ci ilin yayında ölkəsinin "Krus Asul" klubundan transfer edib. Meksika millisinin üzvü bu mövsüm Roterdam təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Trabzonspor”da ayrılıq

Vüsal oynadı, komandası 1 xalla kifayətləndi

"Qalatasaray" Moratanın pulunu hissə-hissə ödəyəcək

Reşford rəsmən "Aston Villa"da

Juninyo “Flamenqo” ilə ilk titulunu qazandı

Seçilən
29
apasport.az

1Mənbələr