AZ

SİF-in güzəştli kredit ilə təmin etdiyi layihələrin 94%-dən çoxu regionların payına düşür

Bakı. Trend:

Ötən il Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştlikredit ilə təmin edilmiş layihələrin 94,7%-i regionların payınadüşüb.

TrendSahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir ki, həmçinin,verilmiş güzəştli kredit məbləğinin isə 72%-i, yaxud 178,632 milyonmanatı regionların payına düşüb.

Güzəştli kreditlər regionlarda sahibkarlığın inkişafına, yeni işyerlərinin yaradılmasına və iqtisadi dinamikanın artmasına töhfəverir. 2024-cü ildə dövlətin güzəştli vəsaitlərinin əhəmiyyətlihissəsi regionların inkişafına xidmət edən layihələrəyönəldilib.

Bununla yanaşı, ötən il Fond tərəfindən maliyyələşdirilənlayihələrin 99,8%-i, ayrılan güzəştli kredit məbləğinin isə 93,4%-iməhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payınadüşüb.

Seçilən
34
az.trend.az

1Mənbələr