AZ

Zaur Hüseynov istintaqa cəlb edilir? – “Metropoliten”dəki yeyinti ilə bağlı araşdırma başladı

Son vaxtlar Hesablama Palatasının ayrı-ayrı dövlət qurumlarında üzə çıxardığı böyük məbləğdə mənimsə faktları mediada əksini tapır. Bu kontekstdə gündəmə gələn məsələ isə “Bakı Metropoliteni” QSC-də həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanların aşkar edilməsidir. Bütün bunların fonunda məsuliyyətli şəxslərin həbs olunmaması isə diqqətçəkən məqamdır.

Metropolitenin keçmiş rəhbərinin vaxtında bu cür şişirdilmiş faktlar ortaya çıxıb. Zaur Hüseynovun həbs olunub-olunmayacağı haqda mediada, sosial şəbəkələrdə müzakirələr gedir.

Bu ilk fakt deyil. İndiyə kimi dəfələrlə oxşar hallar baş verib. Amma saxlanan, cəzalanan çox azdır, ya da heç yoxdur. Bunun səbəbi nədir?

Paytaxt.org bildirir ki, Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, Hesablama Palatasının ayrı-ayrı dövlət qurumlarında üzə çıxartdığı mənimsəmə faktlarına görə, cinayət işi qaldırması kimi səlahiyyəti yoxdur:


İqbal Ağazadə

“Hesablama Palatası cinayət əməli və ya qanun pozuntusu hesab etdiyi hər hansı faktı Respublika Prokurorluğuna təqdim etməlidir. O da öz növbəsində bununla bağlı cinayət işinin qaldırılması, yaxud da istintaqın aparılması kimi hüquqi hərəkətlərə keçməlidir. Hesablama Palatası aşkar etdiyi qanun pozuntularını Baş Prokurorluğa niyə təqdim etməyib? Bu sualın cavabını verməlidirlər. Prosedur gərəyi Hesablama Palatası üzə dövlət orqanlarında üzə çıxartdığı mənimsəmə faktlarını və ya qanun pozuntularına görə, səlahiyyətli dövlət qurumlarına, Baş Prokurorluğa müraciət etməlidir”


Seçilən
45
1
paytaxt.org

2Mənbələr