AZ

Səkini tamamilə zəbt edib piyadaların həyatıyla oynayan sürücü - 36-BE-739 - VİDEO

Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Xoşagəlməz hadisə fevralın 1-də saat 17:40 radələrində Yəhya Hüseynov küçəsində qeydə alınıb. Belə ki, 36-BE-739 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü piyada səkisini tamamilə zəbt edib. Nəticədə ərazidən keçən piyadalar avtomobillərin intensiv hərəkətdə olduğu yolla getməli olublar. Bu isə həm piyadaların, həm də sürücülərin həyatına təhlükə yaradıb. 

Şikayətçi, sözügedən küçədə demək olar ki, hər gün eyni mənzərənin hökm sürdüyünü bildirib. 

Nərmin

Seçilən
9
avtosfer.az

1Mənbələr