Bakı, TurkicWorld
Türkiyənin müdafiə və aerokosmik sənayesi 2025-ci ilin ilk ayında 383,1 milyon dollarlıq ixracat həyata keçirib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə Sənayesi başçısı Haluk Görgün deyib.
O qeyd edib ki, son iki ildə Müdafiə və Aerokosmik Sənaye ixracında əhəmiyyətli artım müşahidə olunub. ötən ilin yanvar ayında 281 milyon dollar olan ixracat, 2025-ci ilə qədər 36 faiz artaraq 383 milyon dollar təşkil edib.
Haluk Görgün, bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artımından xəbər verdiyini bildirib.
Qeyd edək ki, Haluk Görgün, gələcəkdə həm iri şirkətləri, həm də KOBİ-ləri əhatə edərək ixracatçı şirkətlərin sayını artırmaq üçün beynəlxalq fəaliyyətlərini davam etdirəcəklərini bildirib.