AZ

Sərxan Hacıyev istefa verib, yeni baş katib təyin ediləcək

AFFA İcraiyyə Komitəsinin (İK) çoxdan gözlənilən iclası reallaşır.

Hazırda qurum üzvləri 2025-ci ildəki ilk toplantını keçirir.

"Operativ Media" Futbolinfo.az-a istinadən xəbər verir ki, hazırkı AFFA rəhbərliyi ənənəsinə sadiq qalaraq yenə iclas barədə öncədən anons verməyib. Hər şey məxfi saxlanılıb və günün ikinci yarısında iclas başlayıb. İK üzvləri İnkişaf Strategiyasını təsdiq etməli, legioner limitnin ləğvi ilə bağlı qərar verməli, həmçinin digər məsələləri müzakirə etməlidir.

Tədbirdən öncə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin paralel olaraq tutduğu baş katib postundan istefa verdiyi barədə də xəbərlər yayılıb. Ötən ilin aprelindən etibarən iki vəzifəni icra edən Hacıyevin hansı səbəbdən qəfil istefa verdiyi bəlli deyil. Əldə etdiyimiz bilgiyə görə, Sərxan bəy bu sualın cavabını bu gün “CBC Sport”un canlı efirində verəcək. Telekanalda qonaq olacaq icraçı vitse-prezidentin İK-nın qəbul edəcəyi qərarlarla bağlı danışacağı da gözlənilir. Ola bilsin, yeni baş katib də tezliklə müəyyənləşsin.

Seçilən
15
operativmedia.az

1Mənbələr