AZ

"Qalatasaray" müdafiə xəttini onunla gücləndirəcək


Viktor Nelsson "Roma" ilə anlaşdıqdan sonra "Qalatasaray"ın müdafiəçi axtarışlarını sürətləndirib.

Bakupost.az "Fotospor"a istinadla xəbər verir ki,"sarı-qırmızılar" "Sparta Praqa"nın çex müdafiəçisi Martin Vitik üçün yenidən hərəkətə keçib. İki klubun arasında təmaslar başlayıb. Müdafiəçinin 30 iyun 2026-cı ilə qədər müqaviləsi var.

"Sparta Praqa"nın gənclər akademiyasından gələn gənc müdafiəçinin "Qalatasaray"a böyük həvəs göstərdiyi öyrənilib.

Çexiyalı ulduzun təxmini bazar dəyəri 15 milyon avro civarındadır.

Elgün, BakuPost

Seçilən
15
bakupost.az

1Mənbələr