Qaxda yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Qorağan-Qax avtomobil yolunda, Alatəmir kəndi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, “QAZel” markalı xırda tutumlu yük maşını minik avtomobili ilə toqquşub, daha sonra aşıb.

“QAZel”in sürücüsü 1981-ci il təvəllüdlü Qəbələ rayon sakini Kamran Əzizov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info