AZ

Yeni rüsumların çip bazarına təsiri

Yarımkeçirici sənayesində fəaliyyət göstərən şirkətlərin səhmləri bu gün ticarət gərginliyinin artması və qlobal bazarlarda qeyri-müəyyənliyin yüksəlməsi fonunda ucuzlaşıb. 

Valyuta.Az-ın "Investiing.com"a istinadla verdiyi xəbərə əsasən, Çip sənayesinin aparıcı şirkətlərinin səhmləri öncədən ticarət sessiyalarında dəyər itirib ki, bu da Donald Trampın tətbiiq etdiyi yeni tariflərin təsiri ilə bağlı investorların ehtiyatlı davranışını əks etdirir.  

"Nvidia" (NASDAQ:NVDA) səhmləri 2%-dən çox, "AMD" (NASDAQ:AMD) isə 1,6% ucuzlaşıb. "Broadcom" (NASDAQ:AVGO) və "Qualcomm" (NASDAQ:QCOM) müvafiq olaraq 2% və 1,9% dəyər itirib.  

"Texas Instruments" (NASDAQ:TXN) və "Intel" (NASDAQ:INTC) səhmləri 1,4% geriləyib. Beynəlxalq bazarda bir çox texnologiya nəhənglərinin əsas təchizatçısı olan "Taiwan semiconductor manufacturing company" (TSMC) 2,6% azalma qeydə alıb. Çip istehsalçılarına avadanlıq tədarük edən əsas şirkətlərdən biri olan "ASML" (AS:ASML) səhmləri 2% ucuzlaşıb, "ARM" isə 3% dəyər itirib. Çip sənayesinin əsas göstəricilərindən biri sayılan "Ishares semiconductor etf" (SOXX) isə 2,2% geriləyib.  

ABŞ prezidenti Avropa İttifaqına qarşı da tariflərin tətbiq oluna biləcəyini qeyd edib. Bu addım qlobal ticarət müharibəsinin dərinləşməsi və təchizat zəncirlərində pozulmaların baş verməsi ilə bağlı narahatlıqları artırıb.  

Yarımkeçirici sənayesi xüsusilə ticarət mübahisələrinə həssasdır, çünki istehsal prosesi zamanı komponentlər bir neçə dəfə sərhədi keçərək tariflərin təsirinə məruz qalır. Artan istehsal xərcləri və logistika problemləri investorların inamını zəiflədərək çip səhmlərinin və ümumilikdə bazarın enişinə səbəb olub.  

Rəhim

Seçilən
24
valyuta.az

1Mənbələr