Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə hökuməti ABŞ-ın Suriyadakı kürd qüvvələri ilə əməkdaşlığa son qoyacağına ümid edir,.
Oxu24.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
O, ABŞ-ın Suriya kürdlərini dəstəkləmək qərarının səhv olduğunu və “onu düzəltməyin vaxtıdır” deyib.
Hakan Fidan bildirib ki, kürd qüvvələri İŞİD terrorçuları ilə mübarizə apara bilmir və yalnız bu yaraqlılar və onların ailələri üçün məhbus rolunu öz üzərinə götürə bilirlər.
Onun sözlərinə görə, Türkiyə, İraq, Suriya və İordaniya İŞİD-lə mübarizədə əsas vəzifələri yerinə yetirib.
Nigar