AZ

Türkiyə Superliqasında 15-ci istefa - Siyahı

Türkiyə Superliqasında növbəti istefa reallaşıb.

İdman.biz xəbər verir ki, "Bodrum" Volkan Demirelle yollarını ayırıb.

44 yaşlı mütəxəssis debütanta 13 oyunda başçılıq edib. "Bodrum" bu görüşlərin cəmi 2-də qələbə qazanıb, 4-də heç-heçə oynayıb, 7-də isə uduzub. Komanda 16 xalla 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bodrumular bu mövsümdə artıq ikinci dəfə baş məşqçi illə yollarını ayırıblar. "Bodrum" Volkan Demirelden əvvəl İsmet Taşdemirlə əməkdaşlığa son qoymuşdu.

2024/2025 mövsümündə istefaya göndərilən məşqçilərin siyahısı:
* Abdullah Avcı - "Trabzonspor"
* Ozhan Pulat - "Hatayspor"
* Michael Valkanis - "Adana Demirspor"
* Burak Yılmaz - "Kayserispor"
* İsmet Taşdemir - "Bodrum"
* Ali Camdali - "Konyaspor"
* Sami Uğurlu - "Kasımpaşa"
* Fatih Tekke - "Alanyaspor"
* Ciovanni van Bronkhorst - Beşiktaş"
* Bülent Uygun - "Sivasspor"
* Rıza Çalımbay - "Hatayspor"
* Aleks - "Antalyaspor"
* Sinan Kaloğlu - "Kayserispor"
* Mustafa Dalcı - "Adana Demirspor"
* Volkan Demirel - "Bodrum"

İdman.biz

Seçilən
29
idman.biz

1Mənbələr