Tramp Trudeau ilə danışıqların təfərrüatlarını açıqlayıb
ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı apardığını bildirib. Bu barədə RİA Novosti yazır.Amerika lideri dəqiqləşdirib ki, o, Kanada və Meksikadan idxala 25 faizlik rüsumların tətbiqi fonunda Kanadanın baş naziri ilə vəziyyəti müzakirə edib.
“Kanada hətta Amerika banklarının öz ərazisində fəaliyyət göstərməsinə icazə vermir. Necə yəni? Və belə şeylər çoxdur, lakin narkotik ticarətinə qarşı da müharibə var”, - deyə Tramp bildirib.Prezident xatırladıb ki, ABŞ-da yüz minlərlə insan Meksika və Kanada ilə sərhədlərdən keçən narkotiklərdən dünyasını dəyişib.
Tramp Trudeau ilə yenidən danışmağı planlaşdırdığı qənaətinə gəlib. O əlavə edib ki, söhbət saat 15:00-da (Moskva vaxtı ilə 23:00) baş tutacaq.
aia.az
Tərcümə şöbəsi