Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Ukraynaya yardımın dayandırılmasını müzakirə etməkdən imtina edib və onu artırmağa çağırıb.
Bakupost.az bu barədə TASS məlumat yayıb.
Məlumata görə, AKaya Kallas bildirib ki, Aİ 2022-ci ilin fevralından Ukraynaya 134 milyard avro yardım ayırıb:
"Biz artıq 134 milyard avro yardım, o cümlədən təxminən 50 milyard avro hərbi yardım göstərmişik. Biz yardımın kəsilməsindən danışa bilmərik, biz onu artırmalıyıq", - Kallas Aİ səfirlərinin Brüsseldə keçirilən illik konfransında deyib.
Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, Ukrayna Aİ-nin əsas prioriteti olmalıdır.
Lalə, BakuPost