1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyədə "Tosuncuk" ləqəbi ilə tanınan Mehmet Aydın və böyük qardaşı Fatih Aydının hər biri 45 min 376 il 6 ay həbs cəzasına məhkum ediliblər.
![](https://static.cdnsb.net/afm/images/2025/02/03/16461591.jpg)
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ictimaiyyət arasında "Çiftlik Bank" kimi tanınan piramida sisteminin qurucusu olduqları səbəbi ilə həbs edilən 20 şübhəli bu gün keçirilən son məhkəmə iclasına çıxıb.
![](https://static.cdnsb.net/afm/images/2025/02/03/16461595.jpg)
İclasda son söz ilə çıxış edən Mehmet Aydın "Mən heç bir yalan ifadə verməmişəm. Bəraət hökmünü istəyirəm", - deyə bildirib.
![](https://static.cdnsb.net/afm/images/2025/02/03/16461597.jpg)
Qeyd edək ki, "Tosuncuk" informasiya sistemləri vasitəsilə dələduzluq, cinayət təşkilatı yaratmaq və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması və çox sayda digər maddələrlə günahlandırlıb. Bütövlükdə o, 4 mindən çox cinayət epizodu üzrə təqsirkar bilinib.