AZ

AFFA-nın yeni baş katibi o olacaq? - Yenilənib

AFFA-nın baş katibi Sərxan Hacıyev bu postdan ayrılıb. 

“Qafqazinfo” Sportinfo.az-a istinadən xəbər verir ki, S.Hacıyev federasiya rəhbərliyi ilə aralarında yaranan narazılığa görə postunu tərk edib. 

Onun istefasının yaxın saatlarda açıqlanacağı bildirilir. 

AFFA-nın Mətbuat xidməti isə “Qafqazinfo”ya açıqlamasında xəbəri təkzib edib: “Bu, yanlış məlumatdır”.

***

Futbolinfo.az isə istefa verən Sərxan Hacıyevi Cahangir Fərəcullayevin əvəz edəcəyini yazıb.

Saytın iddiasına görə, Cahangir Fərəcullayev ölkə üzrə lotereya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəridir. O, həmçinin “Azərlotereya” ASC-nin İdarə Heyətinin 4 üzvündən biridir.

Seçilən
12
1
qafqazinfo.az

2Mənbələr