AZ

ABŞ noyabr ayına qədər Ukraynaya vəd etdiyi yardımın yalnız yarısını çatdırıb

ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası 2024-cü ilin noyabrına qədər Ukraynaya vəd etdiyi yardımın yalnız yarısını çatdıra bilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "Reuters"-ə istinadən verdiyi məlumata görə, dekabra qədər vəd edilən zirehli texnikanın yalnız 30 faizi göndərilib.

Məlumata görə, çatdırılma gecikmələri Konqresdəki Respublikaçıların müqaviməti, Bayden administrasiyası daxilində Rusiya ilə münasibətlərin gərginləşməsi riskləri, bürokratiya və logistik çətinliklərlə bağlı müzakirələr ilə bağlıdır.

Agentlik həmçinin Ukraynaya maliyyələşmənin ümumi azalmasını qeyd edib. Beləliklə, Bayden administrasiyası 2024-cü ildə ayda təxminən 558 milyon dollar ayırıb. Donald Trampın seçkilərdə qələbəsindən sonra bu rəqəm ayda 1,1 milyard dollara yüksəlib.

ABŞ Ukraynaya silah göndərməkdə çətinliklə üzləşib. Dörd ABŞ rəsmisi kiçik silah göndərişlərinin bir və ya iki həftə ərzində gələ biləcəyini söyləyib. Daha böyük tədarüklər üçün proses daha yavaş idi. Bildirilir ki, silahlardan hər hansı birinin təmirə ehtiyacı varsa, bu proses dörd aya qədər davam edə bilər.

Seçilən
31
operativmm.az

1Mənbələr