AZ

Şotlandiya ev pişikləri üçün komendant saatı tətbiqini müzakirə edir

Şotlandiya

Şotlandiya, vəhşi təbiəti qorumaq məqsədilə pişiklərin saxlanması ilə bağlı məhdudiyyətləri tətbiq etməyi nəzərdən keçirir.“Ulusum”.az-ın məlumatina görə, bu barədə Daily Record xəbər verir.Şotlandiya hökuməti, pişik sahibləri üçün yeni məhdudiyyətlərin tətbiqini müzakirə edir, bunlara sərbəst gəzintinin qadağan edilməsi, komendant saatının tətbiqi və zəncirlərlə gəzdirmə tələbi daxildir. Bu tədbirlər, Şotlandiya Heyvanların Qorunması Komissiyasının (SAWC) hazırladığı hesabatda təklif olunub və ev pişiklərinin quşlar və digər vəhşi heyvanların populyasiyalarına mənfi təsirini azaltmağı hədəfləyir.Hesabata görə, Şotlandiyada təxminən 800.000 ev pişiyi var və bu pişiklər hər il milyonlarla quş, məməli, sürünən və amfibiyanı məhv edir. Həmçinin, sənəddə Avstraliya təcrübəsindən bəhs olunur, burada bəzi bölgələrdə artıq pişiklərin yaşayış sahələrində saxlanması qadağan edilib.Bir təklif, yüksək ekologiya dəyəri olan bölgələrdə pişiklər üçün "izolyasiya zonaları" yaradılmasıdır. Bundan əlavə, komissiya, ev pişiklərinin çip salınması və kastrasiyasının tətbiqinin sürətləndirilməsini tövsiyə edir.Lakin Cats Protection xeyriyyə təşkilatı bu təklifləri tənqid edib, ev pişiklərinin daxildə saxlanmasının onların rifahına mənfi təsir göstərə biləcəyini bildirib. Təşkilatın nümayəndəsi Əlis Palombo, pişiklərin təbii davranışlarını, məsələn, dırmaşma və ovçuluğu nümayiş etdirmək üçün azadlığa ehtiyacı olduğunu vurğulayıb. O, həmçinin zəncirlərin heyvanlarda stress yaratdığını qeyd edib."Şotlandiya pişik sevənlər ölkəsidir. Pişiklər insanlara, xüsusilə yaşlılara və tək yaşayanlara böyük fayda gətirir, həmçinin uşaqlara məsuliyyət öyrədir," deyə Palombo bildirib.Səidə

Diqqət Çəkənlər

Virus sərhəd tanımır: Donuz qripi Azərbaycana da keçə bilər

Genomdakı mutasiyaları aşkar edən süni intellekt modeli yaradılıb - Araşdırma

Türkiyə Suriyada hərbi bazalar tikməyi planlaşdırır

Seçilən
11
ulusum.az

1Mənbələr