AZ

Tbilisidə kütləvi həbslər

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə dünənki etiraz aksiyasında saxlanılanların sayı ilə bağlı yeni məlumat paylaşıb.

Yenilənmiş məlumatlara görə, saxlanılanların sayı 30 nəfəri ötüb. Həbslərin hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmama ilə bağlı inzibati maddə ilə həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, fevralın 2-də keçirilən etiraz aksiyası zamanı müxalifətçilər “Tbilisi Mall” ticarət kompleksinin yaxınlığındakı yolda nəqliyyatın hərəkətini dayandırmağa cəhd ediblər. Polis planın həyata keçirilməsinə mane olub, bundan sonra fəallar adi marşrutlarla Rustaveli prospektinə doğru hərəkət ediblər. Mitinqdə tanınmış etirazçı şəxslər də saxlanılıb. Onların arasında “Dəyişiklik üçün Koalisiya” assosiasiyasının lideri Nika Melia, həmçinin Tbilisinin keçmiş rəhbəri Qiqi Uqulava də var.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
13
editor.az

1Mənbələr