AZ

Məşhur mahnı müsabiqəsi bu il Rusiyada keçiriləcək

Bu il “İntervision” beynəlxalq musiqi müsabiqəsi Moskvada keçiriləcək.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.

 

Sənəddə qeyd olunub ki, müsabiqə “beynəlxalq mədəni-humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə” keçiriləcək.

 

Baş nazirin müavini Dmitri Çernışenko isə tədbirin təşkilat komitəsinin sədri təyin edilib. (Qafqazinfo)

Seçilən
8
7
sfera.az

8Mənbələr