Suriyanın şimalında, Manbidj şəhəri yaxınlığında kənd təsərrüfatı işçilərinin olduğu avtomobil partlayıb, nəticədə 15 nəfər həlak olub."Ulusum".az xəbər verir ki, bu barədə Suriya mətbuatı ölkənin Vətəndaş Müdafiə İdarəsinə istinadən məlumat verib.Həlak olanlar arasında bir kişi və 14 qadın var. Həmçinin, daha 15 qadın müxtəlif xəsarətlər alıb.Partlayışın avtomobilin yaxınlığında yerləşən bomba tərəfindən törədildiyi güman edilir.Səidə
Diqqət Çəkənlər
Şotlandiya ev pişikləri üçün komendant saatı tətbiqini müzakirə edir
Makronun arvadını kişi adlandıran jurnalist Rusiyadan sığınacaq istəyir
Virus sərhəd tanımır: Donuz qripi Azərbaycana da keçə bilər