Futbolinfo.az isə istefa verən Sərxan Hacıyevi Cahangir Fərəcullayevin əvəz edəcəyini yazıb.Saytın iddiasına görə, Cahangir Fərəcullayev ölkə üzrə lotereya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəridir. O, həmçinin “Azərlotereya” ASC-nin İdarə Heyətinin 4 üzvündən biridir.***AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyev vəzifəsindən ayrılıb. AFN.az Sportinfo.az-a istinadən xəbər verir ki, S.Hacıyev federasiya rəhbərliyi ilə aralarında yaranan narazılığa görə postunu tərk edib. Onun istefasının yaxın saatlarda açıqlanacağı bildirilir. AFFA-nın Mətbuat xidməti isə “Qafqazinfo”ya açıqlamasında xəbəri təkzib edib. Bildirilib ki, bu, yanlış məlumatdır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta